Somalidәki terrorda ölən və yaralananların sayı artıb

somalidki-terrorda-olen-ve-yaralananlarin-sayi-artib
Oxunma sayı: 917

9 noyabrda Somalinin paytaxtı Moqadişuda təşkil olunan bombalı hücumlarda həyatını itirənlərin sayı 53 nәfәrә çatıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, yüzdən çox yaralanın olduğu bildirilir.

Daha öncə verilən açıqlamada 50 nəfərin öldüyü, 60 nəfərin də yaralandığı qeyd edilirdi.

Birlәşmiş Millәtlәr Təşkilatı (BMT) hadisə ilə bağlı açıqlama yayaraq terror aktını qınayıb, hücumu təşkil edənlərin dərhal məsuliyyətə cəlb edilmələrinin vacib olduğunu vurğulayıb.

Xatırladaq ki, teraktın məsuliyyətini “Әş-Şәbab” terror təşkilatı öz üzәrinә götürmüşdü.

Qeyd edək ki, Somalinin paytaxtında mehmanxanalardan birinin yaxınlığında əvvəlcə avtomobillərə quraşdırılmış 3 partlayıcı işə düşüb.

Yaralılara kömək etmək üçün hadisə yerinə gələn tibb işçilərinin yanında isə daha bir avtomobil partladılıb. Bu isə terror qurbanlarının sayının artmasına səbəb olub.