Son 10 ildə 8-ci çempionluq

son-10-ilde-8-ci-cempionluq
Oxunma sayı: 634

“Qafqazinfo”nun verdiyi xəbərə görə, sona 2 tur qalmış “Portu” ilk pilləni təmin edib.

Səfərdə “Maritimo”ya 2 cavabsız topla qalib gələn “əjdahalar” ən yaxın izləyicisi “Benfika”nın “Rio Ave” ilə səfər oyunundan şad xəbər gözləyirdi. “Qartallar” bu matçda heç-heçə edərək “Portu” ilə xal fərqinin 6-ya yüksəlməsinə səbəb oldu. Bu isə şəxsi görüşlərdə rəqibini üstələyən “Portu”nun çempionluğunu rəsmiləşdirdi.

Əsası 1893-cü ildə qoyulan “Portu” tarixində 26-cı dəfə ölkə çempionu oldu. Son 10 ildə 8-ci dəfə bu uğuru qazanan “ağ-göylər” 20 dəfə Portuqaliya kubokunun sahibi olub. 1935-ci ildə yaradılan Portuqaliya Futbol Liqasında ən çox çempion olan komanda isə “Benfika”dır (32 dəfə). Bundan başqa, “Sportinq Lissabon” 18 dəfə, “Belenenseş” və “Boavişta” isə hərəyə bir dəfə çempionluq sevinci yaşayıb.

Ceyhun Əhmədov