“Son 10 ildə SOCAR-ın gəliri 20 dəfə artıb” - Rövnəq Abdullayev

son-10-ilde-socar-in-geliri-20-defe-artib
Oxunma sayı: 1122

2008-2017-ci illəri əhatə edən dövrdə SOCAR-ın gəliri 20 dəfə artıb.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu barədə martın 14-də Bakıda keçirilən “Argus Mineral Gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsal və logistika” konfransında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

O qeyd edib ki, hazırda SOCAR-ın gəlirinin 90 faizi xarici bazarlarda formalaşır.

“Şirkət əvvəllər əsasən öz məhsullarının satışını həyata keçirirdi. Hazırda isə SOCAR-ın ticarət portfelində üçüncü tərəflərin məhsulları çoxluq təşkil edir”, - deyə R.Abdullayev bildirib.