Son 5 gündə paytaxta gələn sərnişinlərin - Sayı

Son 5 gündə paytaxta gələn sərnişinlərin
Oxunma sayı: 1128

Avqust ayının 13-nə qədər respublikanın 56 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 72922 nəfər sərnişin daşınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məlumatında deyilir.

Bayramın ilk günlərində sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. 5 gün ərzində regionlardan paytaxta səfər edən sərnişin sayı 12640 nəfər olub. Regionlardan paytaxta təkcə avqustun 12-də 7990 nəfər sərnişin daşınıb. Bu gün avqustun 13-də regionlardan paytaxta səfər edəcək və geri dönəcək sərnişinlər üçün əlavə ehtiyat avtobusları da ayrılıb.

Xidmət sürücülərdən yollarda ehtiyatlı olmağı xahiş edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi