Son anda faciədən xilas olunub - Video

son-anda-facieden-xilas-olunub
Oxunma sayı: 634

Günorta saatlarından başlayan güclü külək Tovuzda bir sıra fəsadlar törədib. Ağaclar aşıb,elektrik naqilləri sıradan çıxıb, bununla əlaqədər olaraq elektrik enerjisinin təminatı dayandırılıb. Kökündən çıxan ağacın yanından keçən yeniyetmə son anda faciədən xilas olub.

"Qafqazinfo" ARB 24-ə istinadən xəbər verir ki, şəhərin mərkəzində aşmaq təhlükəsi olan daha bir neçə ağac var. Güclü külək piyada keçidinə də ziyan vurub. Keçidin dam örtüyünün bir hissəsi yararsız hala düşüb. Bununla yanaşı bəzi yaşayış evlərinin dam örtüyünə də zərər dəyib. Aidiyyatı qurumlar fəsadların aradan qaldırılması üçün ərazilərə cəlb olunub.

Ümumilikdə Tovuz, Qazax, Ağstafa rayonlarının bəzi yaşayış məntəqələri də elektrik dirəklərinin əyilməsi və naqillərin sıradan çıxması səbəbindən işıqsız qalıb. Hidrometeoroloqların proqnozlarına görə, küləkli hava şəraiti aprelin 23-də də davam edəcək.