“Son olay zamanı ölüm hadisəsi olmayıb” - Səhiyyə naziri

son-olay-zamani-olum-hadisesi-olmayib
Oxunma sayı: 2512

“Ölkədə baş verən son hadisədə ölüm hadisəsi qeydə alınmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Mingəçevir İES-də baş vermiş qəza nəticəsində ölkənin elektik enerji təzhizatında yaranmış məhdudiyyətlə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə 2130 çağırış olub, 220 nəfər xəstəxanaya aparılıb.

O. Şirəliyev qeyd edib ki, metrostansiyaların qarşısına təcili yardım briqadaları yerləşdirilib: “Onların arasında cəmi 19 nəfər müraciət edib, o da gərginlikdən, əsəbdən. Onlara ilkin tibbi yardım göstərilib. Cəmi 6 nəfər xəstəxanalara yerləşdirilib”.