Şon Spayser istefa verdiyini təsdiqlədi - Yenilənib

son-spayser-istefa-verdiyini-tesdiqledi
Oxunma sayı: 807

Ağ Evin mətbuat katibi Şon Spayser öz istəyi ilə istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times”a vəziyyətlə tanış olan mənbə bildirib.

Qeyd olunur ki, Spayser istefa barədə iyulun 21-də qərar verib. 

Mənbə iddia edir ki, Şon Spayser prezident Donald Trampla danışığı zamanı onun Nyu-Yorkdan olan maliyyəçi Antoni Skaramuççini "Ağ Ev"in rabitə departamentinə başçı təyin etməklə bağlı qərarı ilə qətiyyən razılaşmayıb.

“NYT”nin məlumatına görə, Tramp Spayserdən vəzifəsində qalmağı xahiş edib. O isə Skaramuççinin təyinatının çox ciddi səhv olduğunu söyləyərək istefa verib. 

***

Ağ Evin mətbuat katibi Şon Spayser Tvitter hesabında bu il avqustun sonunda vəzifədən gedəcəyini təsdiqləyib.

“ABŞ prezidenti Donald Trampa və bu möhtəşəm ölkəyə xidmət etmək mənim üçün şərəf idi. Avqust ayına qədər işimə davam edəcəyəm”, - deyə Ş. Spayser qeyd edib.