“Son vaxtlar nazirlikdə ciddi struktur islahatları keçirilir” - Fotolar

son-vaxtlar-nazirlikde-ciddi-struktur-islahatlari-kecirilir
Oxunma sayı: 4390

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin - DOST konsepsiyasının, “e-sosial” internet portalının, nazirliyin yeni loqosunun və rəsmi internet səhifəsinin (www.sosial.gov.az) təqdimat mərasimi keçirilir.

“Qafqazinfo, xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, ayrı-ayrı dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin, elm-təhsil təşkilatlarının, qeyri-hökumət təşkilatlarının, biznes strukturlarının nümayəndələri iştirak edir.

Tədbirdə çıxış edən baş nazirin müavini Əli Əhmədov deyib ki, hər bir hökumət öz əhalisinin yaxşı yaşamasını təmin etmək üçün çalışır:”Dünyanın 2030-cu ilədək dəyişməsini nəzərdə tutan 17 məqsədin mahiyyəti də elə budur. İnsanlar yaxşı yaşasın və onlar qayğıdan kənarda qalmasınlar. Nazirlik tərəfindən görülən işlər bütövlükdə əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Son vaxtlar nazirlikdə ciddi struktur islahatları keçirilir.

Qeyd edim ki, islahatlar ardıcıllıqla reallaşdırılacaq və nəzərdə tutulan hədəf yerinə yetirilmiş olacaq. DOST layihəsinin həyata keçiriıməsində məqsəd sosial xidmətlərin səviyyəsini təkimilləşdirməkdir. Eyni zamanda bu sahədə şəffaflığın təmin edilməsinə çalışmaqdır. Bu sahədə xidmətin daha yaxşı təşkil edilməsinə ehtiyac duyan insanlar xüsusi üstünlük təşkil edir. Bunlar yaşlılar,əlillər və.s dir. İnanıram ki, bu xidmət dünyada populyarlaşan ASAN Xidmətin anoloquna çevrilə biləcək”.

Günel Türksoy

Fotolar: Pərvin Zeynal