Son yarımildə 4350 nəfərədək əlilə bərpa-müalicə xidməti göstərilib

son-yarimilde-4350-neferedek-elile-berpa-mualice-xidmeti-gosterilib
Oxunma sayı: 651


Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, hazırda respublikanın 14 regionu üzrə fəaliyyət göstərən həmin müəssisələrdə hər il təqribən  9 minə yaxın əlil bərpa-müalicə xidməti ilə təmin olunur. Bu istiqamətdə aparılan işlər əlillərin reabilitasiyasında önəmli rol oynayır. Belə ki, cari ilin 6 ayında əlillər arasında tam reabilitasiya göstəricisi 3300 nəfərə yaxın olub. 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlillərin əhali tərkibində faiz göstəricisi 10-15%-dir. Azərbaycanda isə bu rəqəm 4,4% təşkil edir ki, bu da dünya üzrə ən aşağı göstəricilərdəndir.