Son zamanların ən çox maraq yaradan körpüsü - Fotolar

son-zamanlarin-en-cox-maraq-yaradan-korpusu
Oxunma sayı: 5535

Vyetnamın Da Nanq şəhərində qeyri-adi dizaynı olan körpü yerli və xarici turistlərin maraq obyektinə çevrilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə inşa edilmiş körpünün özəlliyi onun “insan əllərinin içində olması”dır. Körpünün dizayneri və inşaatçısı olan “Ta Corporation” şirkəti bu memarlıq abidəsi ilə bölgəyə daha çox turist cəlb etmək istədiklərini bildirib.

Şirkətdən verilən məlumata görə, “The golden bridge” adlanan körpünün tikintisi bir il çəkib. Hazırda isə hər il bura axın edən turistlərin sayı 1 milyon 500 min nəfərdir.