“Son zəng” keçirənlərin “Tarqovu”da maraqlı rəqsi - Video

son-zeng-kecirenlerin-tarqovuda-maraqli-reqsi
Oxunma sayı: 1258

Bakının mərkəzində fleşmob keçirilib.

“Qafqazinfo” Baku.ws-ə istinadən məlumatına görə, 11-ci sinif məzunları şəhərin Nizami küçəsində rəqs ediblər.
 
Şagirdlər Bruno Marsın “Uptown” mahnısına sinxron olaraq hərəkət ediblər. 

Qeyd edək ki, bu gün Azərbaycanda 2016/2017-ci dərs ili başa çatıb və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınıb.