“Son zəng” üçün 2 saat vaxt verildi - Video

“Son zəng” üçün 2 saat vaxt verildi
Oxunma sayı: 1702

İyunun 14-də bütün məktəblərdə “Son zəng” tədbiri keçiriləcək. Tədbir yenə yalnız məktəb daxilində baş tutacaq və iki saat davam edəcək. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Xəzər Xəbər”ə məlumat verən Bakı şəhəri üzrə təhsil idarəsinin müdiri Məhəbbət Vəliyeva bəzi məktəblərdə yaşanan şagird sıxlığı probleminə də münasibət bildirib.

Onun sözlərinə görə, İdarənin tabeliyində olan məktəblərin kiçik bir qismində bu problem müşahidə olunur.

Məhəbbət Vəliyeva əlavə edib ki, 2018-2019-cu tədris ili üçün Bakı şəhərində uşaqların 75 faizi məktəbəhazırlıq qruplarına cəlb olunacaq. Ancaq bu, bütün məktəblərdə həyata keçirilməyəcək. Bunun da səbəbi bəzi məktəblərdə sıxlığın olması və bu məktəblərin iki növbəli sistemlə fəaliyyət göstərməsidir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi