“Son zəng”dən çıxan 9 yaşlı uşağı it dişlədi

son-zengden-cixan-9-yasli-usagi-it-disledi
Oxunma sayı: 2264

Qaxda uşağı it dişləyib.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, dünən saat 17 radələrində rayonun Qaxmuğal kənd sakini 2009-cu il təvəllüdlü Damaday Mübariz oğlu Səmədov it dişləməsi xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX)  daxil olub.

MRX-dan bildirilib ki, 9 yaşlı Damaday Səmədovun anasının verdiyi məlumata əsasən, oğlu məktəbdə keçirilən son zəng tədbirindən çıxıb rayonun Şotavar kəndində yaşayan xalası gilə gəzməyə gedib. Xalasıgilin iti həyətdə Damadaya hücum edərək onun sol ayağının baldır nahiyəsindən dişləyib. Damaday Səmədova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.