“Sonradan bildim ki, pulu iş qurmaq adı ilə alıb”

sonradan-bildim-ki-pulu-is-qurmaq-adi-ile-alib
Oxunma sayı: 1104

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıqovun icraatında olan prosesdə şahidlər dindirilib.

B.Babayevin qardaşı Məqsəd Babayev ifadəsində deyib ki, zərərçəkmişlərə dəyən ziyanın bir hissəsi ödənilib: “Bəxtiyarın bu işlərindən məlumatım olmayıb. Sonradan bildim ki, pulu iş qurmaq adı ilə alıb. Mən də ona dedim ki, indi camaatın pulunu qaytarmaq lazımdı. Zərərçəkmiş Valeh Əliyevə 30 min manat ödəmişik”.

V.Əliyevin vəkili vəsatət verərək B.Babayevin  əmlaklarının üzərinə həbs qoyulmasını və zərərin ödənilməsi üçün müsadirə edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib. 

İttihama görə, B.Babayev birgə iş qurmaq adı ilə Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyevdən ümumuilikdə 400 min manat alaraq mənimsəyib.

Murad Əhməd