“Sonsuz aşk”ın Bakıda premyerası oldu

sonsuz-askin-bakida-premyerasi-oldu
Oxunma sayı: 661

Nizami Kino Mərkəzində “Sonsuz aşk” türk filminin mətbuat nümayəndələri üçün özəl nümayişi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, romantik dramın ssenari müəlllifi Deniz Akçay Katıksız,  rejissoru Ahmet Katıksızdır. 

Bacısı ilə bir yerdə sadə həyat tərzi keçirən Zeynəb, hər xırdalıqlardan xoşbəxt olan qadındır. Can isə, gənc yaşda professor dərəcəsi almış,  işinə bağlı beyin cərrahdır. Hec bir ortaq nöqtələri olmayan Can və Zeynəb gözlənilmədən bir birlərinin həyatına girərək, sonsuz sevdanın içinə düşürlər. Amma bu sevda, aşılması  çox zor olan acılardan keçməyə məcburdur...

Baş rolları məşhur aktyorlar Fahriye Evcen və Murat Yıldırım canlandırıb.