Sonuncu tur rəqəmlərdə

sonuncu-tur-reqemlerde
Oxunma sayı: 647

“Qafqazinfo”nun verdiyi xəbərə görə, çempionatda mövsümün son 6 görüşü yarışın gümüş və bürünc mükafatçılarının da adlarına aydınlıq gətirəcək. Peşəkar Futbol Liqasının rəsmi internet saytı son turun cütlərinin əvvəlki çempionatlardakı oyunlarının balansını təqdim edir.

XXXII tur, 11 may (cümə)

“İnter” (Bakı) – “Bakı” (Bakı)
+10=6-13, top fərqi – 21:26
Sayca 30-cu, yubiley dueli ərəfəsində “Bakı” “İnter”lə müqayisədə daha çox qalib gəlib. Lakin paytaxtın eyni adlı təmsilçisi texniki nəticə nəzərə alınmamaqla son 4 səfər görüşündə qələbəyə həsrətdir.

“Xəzər Lənkəran” (Lənkəran) – “Qarabağ” (Ağdam)
+8=4-9, top fərqi – 23:20
“Qarabağ” 22-ci duel ərəfəsində rəqibindən 1 qələbə çox qazansa da top fərqində “Xəzər Lənkəran” öndədir. Lakin cənublular son 3 ev oyununda qalib gələ bilmir.

“Neftçi” (Bakı) – “Qəbələ” (Qəbələ)
+7=4-4, top fərqi – 21:13
“Neftçi” 15 dəfə qarşılaşdığı “Qəbələ” ilə oyunların ümumi balansında üstünlüyə malikdir. Bu komandaların cari mövsümkü oyunlarında istisnasız olaraq meydan sahibləri qalib gəlir.

“Rəvan” (Bakı) – “Sumqayıt” (Sumqayıt)
+2=1-0, top fərqi – 2:0
Unibank Premyer Liqasının debütantları yalnız cari mövsümdə üz-üzə gəliblər. Hələ rəqibinin qapısına qol vurmayan “Sumqayıt” qələbəyə də həsrətdir.

“Kəpəz” (Gəncə) – “Simurq” (Zaqatala)
+1=3-3, top fərqi – 9:11
8-ci dəfə qarşılaşan rəqiblərin duellərində “Simurq” üstünlüyə malikdir. Lakin cari mövsümdə bu komandaların oyunlarında qonaqlar qalib gələ bilmir.

AZAL (Bakı) – “Turan” (Tovuz)
+9=5-2, top fərqi – 24:13
Son 3 ev oyununda “Turan”a xal verməyən AZAL ümumi balansda da böyük üstünlüyə malikdir. Üstəlik cari mövsüm bu komandaların qonaqlar duelində qələbəyə həsrət qalıb.