“Soruşurdular ki, Qədir hələ ölməyib?”

sorusurdular-ki-qedir-hele-olmeyib
Oxunma sayı: 697

Axşam.az-ın məlumatına görə, “ATV” telekanalında yayımlanan “Gün keçir” verilişinə qonaq olan sənətçi canlı yayımda göz yaşlarını saxlaya bilməyib.

“Xəstə olduğum üçün iki ay sənətdən uzaq qaldım. Haqqımda o qədər şayiələr yayıldı ki... Zəng edib soruşurdular ki, “Qədir hələ ölməyib?”. Bütün bunları mənim oxumağımı istəməyənlər edir. Mən artıq qayıtmışam. Səsim yerindədir, səhhətim də yaxşıdır. Efirdə görsənməyəndə həmişə belə şayiələr yayılır”.

Xatırladaq ki, Qədir Məmmədov bir müddət əvvəl mədəsindən əziyyət çəkdiyi üçün sənətdən müvvəqqəti uzaqlaşmışdı.