Sosial ipotekanın aztəminatlı əhaliyə xeyri yoxdur

sosial-ipotekanin-azteminatli-ehaliye-xeyri-yoxdur-
Oxunma sayı: 640

“Heç bir müsbət dəyişiklik baş verməyəcək. Sosial ipotekanın həcminin artırılması əslində ipoteka kreditləşməsi siyasətinin əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına təsir etmir. Onu qeyd etmək istəyirəm ki, ipoteka siyasəti üzrə hökumətin həyata keçirdiyi siyasət əslində əhalinin aztəminatlı təbəqələrinin bu kreditləşmədə kreditdən istifadə etməsini çətinləşdirir. Kreditləşmə üzrə şərtlər xüsusilə dövlət büdcəsində işləyən vətəndaşlara şamil olunur”.

Tələblərin kifayət qədər sərt olduğunu vurğulayan sədr müavini gərəkən nomenklatura sənədlərinin də həddindən artıq çox olmasının prosesə mane olduğunu bildirib.
“Bu baxımdan da əhalinin aztəminatlı və ortatəminatlı təbəqəsi ipoteka kreditləşməsindən istifadə edə bilmir. Dəfələrlə bu barədə hökumət qarşısında təkliflərlə çıxış etməyimizə baxmayaraq kredit üzrə şərtlərin və tələblərin sadələşdirilməsi istiqamətində heç bir mühim addım atmayıb. İlk növbədə qeyd etmək istəyirəm ki, ipoteka kreditləşməsi gənc ailələrin həyat səviyyələrinin yaxşılaşdırılması istiqamətində sadələşdirilməlidir. Yəni ona xidmət etməlidir. Məsələn bu gün ipoteka kreditindən yararlanmaq istəyən gənc ailələrin kreditor olaraq müraciət edən nümayəndəsinin aylıq əmək haqqı minimum 600 manat olmalıdır. Azərbaycanda orta aylıq əmək haqqı ilə maksimum əmək haqqı arasında dayanan 600 manatlıq məbləği ən yaxşı halda dövlət qulluqçuları, dövlət tərəfindən yüksək maaşla təmin edilmiş insanlar alır. Bu baxımdan da hesab edirik ki, ilk növbədə tələb olunan əmək haqqı üzrə şərtlərdəki məbləğ aşağı endirilməlidir. Yəni bu ən azından 100 manatadək endirilməlidir ki, gənc müəllimlər, gənc həkimlər yüz minlələ insanlar var ki, aylıq əmək haqqısı 100-200 manat civarındadır. Təbii ki aldığı əmək haqqını ipotekaya verə bilməz. Hökumət bunları nəzərə almalıdır”.

Eyni zamanda Razi Abasbeyli dövlətin təhsilə, elmə, səhiyyəyə qayğısını artırmağın zərurliyini vurğulayıb. “Hesab edirəm ki, ipoteka kreditlərində prioritet məhz bu olmalıdır. Digər tərəfdən tələb olunan sənədlərin çoxluğu da vətəndaşların ipoteka krediti almasını çətinləşdirir. Bir məqamı da qeyd etmək istəyirəm ki, Azərbaycanda ipoteka kreditləşməsi üzrə şəhərlərdə xüsusilə də Bakı şəhərindən müraciət edənlər çoxdur. 2013-cü ilin dövlət büdcəsində bu məbləğ 48 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Kreditləşmə siyasəti həyata keçiriləndən bu günə qədər təcrübə göstərir ki, müvəkkil seçilmiş banklar və ipoteka kreditlərini ən yaxşı halda 30-40 faizini bu istiqamət üzrə xərcləyirlər. Qalan miqdar isə dövlət büdcəsinə qaytarılır. Digər tərəfdən biz dünya təcrübəsinə nəzər salsaq məsələn Avropa dövlətləri təxminən 50-60-cı illərdən ipoteka kreditləşməsini həyala keçiriblər. Onlarda kreditin şərtləri fərqli olub. Hətta heç bir yerdə işləməyən, aylıq gəliri stabil olmayan vətəndaşlar belə mənzil almaq üçün ipoteka kreditləşməsinə müraciət edə bilir. Avropa təcrübəsində şərtlər belədir ki, vətəndaş evi alır. Dövlətin krediti hesabına aldığı mənzildə mülkiyyət hüquqlarından istifadə edə bilmir. 50+1 mülkiyyət hüququ dövlətin nəzarətində olur. Zaman keçdikcə vətəndaş həmin krediti ödəyib qurtardıqdan sonra daşınmaz əmlak vətəndaşın mülkiyyətinə çevrilir. Azərbaycanda da bu təcrübədən istifadə etmək olar. Təbii ki, vətəndaş mənzillə təmin edilir. Kreditini vaxtı-vaxtında ödəyir. Ödəmədiyi təqdirdə dövlətin nəzarətində olan mənzil, daşınmaz əmlak, mülkiyyət yenidən dövlətə qayıdır. Bu kifayət qədər ədalətli bir qərardır, yanaşmadır. Azərbaycan hökuməti görünür bu siyasəti həyata keçirməməkdə maraqlıdır. Bəzi iqtisadçılar hesab edirlər ki, ipoteka kreditləşməsinin iri miqyaslı olması mənzil bazarında qiymətlərin bahalaşmasına səbəb ola bilər. Amma təbii ki, bu da mərkəzi bank və maliyyə nazirliyi tərəfindən tənzimlənməlidir. İlk növbədə nəzərə almaq lazımdır ki, dövlətin inflyasiya siyasətində tənzimlənən mərhələlər üzrə I, II, III, IV rübləri mütləq mənada bir rəqəmli və iki rəqəmli inflyasiya göstəriciləri ilə dəyişir. Mənzil bazarında canlanma yaratmaqla dövlət həm də tikinti sektorunda yenidən quruculuğu həyata keçirə bilər”.

Bakı şəhərində Azərbaycan Respublikasə vətəndaşlarının 40-50 faizi məskunlaşdığını, bunun isə aşağı-yuxarı 4 milyona yaxın vətəndaş demək olduğunu qeyd edən partiya funksioneri əhalinin yeni binalardan yararlana bilmədiyini təəsüflə bildirib. “Bakıda kifayət qədər yeni yaşayış binaları inşa olunub. Amma təəssüf ki, həmin binaların 80 faizi dövlət tərəfindən texniki şərtlər ala bilməyib. Tüxniki şərtlər ala bilməyən yeni yaşayış binalarının ipoteka kreditləşməsində alət olaraq istifadə etmək çox çətindir. Yəni heç bir yeni tikilmiş yaşayış binasına görə vətənda ipoteka krediti ala bilmir. Ən yaxşı halda köhnəlmiş, texniki şərti, kupçası olan mənzillər ipoteka edilir. Hansı ki, onlarında böyük əksəriyyəti istismar müddətini başa vurublar. Bütün bunlar nəzərə alınmalıdır. Biz 2011-2012-ci illərin statistikasına nəzər salanda görürük ki, ipotüka kreditləşməsi üzrə verilmiş hər 10 mənzildən ikisi son 5 ildə sökülüb. Dövlət maraqları naminə yəni yol çəkilişi, parkların salınması və s. səbəblərdən sökülür. Vətəndaşa başqa bir yerdən mənzil təklif olunur. Vətəndaş yenə də həmin ipoteka kreditini ödəmək məcburiyyətində qalır. Əgər ipoteka kreditinin qaytarılma müddəti 20-25 il nəzərdə tutulubsa həmin binaların mənzilə görə verilən mənzillərin də bundan sonrakı həmin o 20-25 illik istismar müddətində qalıb-qalmayacağını ekspertlər müəyyən etməlidirlər. Müvəkkil bankın komissiyasının rəyində bu nəzərə alınmalıdır. Hesab edirəm ki, Bakı şəhərində xüsusilə də yeni tikilmiş mənzillərlə bağlı dövlət ən qısa zamanda texniki şərtlərin verilməsi ilə bağlı fəaliyyətə başlamalıdır ki, vətəndaşlar ipoteka kreditləşməsi ilə yeni tikilmiş mənzillərdə ev ala bilsin. Çox istərdik ki, bu sahədə protokol xatirinə hər hansı bir statistik rəqəm xatirinə deyil, real olaraq əhalinin az təminatlı təbəqəsinin maraqlarına uyğun dəyişikliklər qəbul edilsin”.