Sosial şəbəkələrdə “İdeal”a etiraz etdilər - Foto

sosial-sebekelerde-ideala-etiraz-etdiler
Oxunma sayı: 5044

İdeal parfümeriya və kosmetika şirkəti 23 fevralla bağlı endirim kampaniyasına başlayıb.

“Qafqazinfo” xəbər verir ki, tanınmış şirkətin bununla bağlı reklamı sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

İzləyicilər məşhur brendin bu addımına etiraz ediblər. Onlar Sovet ordusunun yaranmasının tarixini Azərbaycana heç bir aidiyyatının olmadığını və  kişilər bayramı kimi qeyd edilmədiyini vurğulayıblar.

Həmçinin bildirilib ki, "İdeal"ın rəsmi səhifəsində mövzu ilə bağlı yazılan mənfi şərhlər silinir.