Sosial şəbəkələrdə rüsvay edəcəyi ilə hədələdi - 50 min aldı

sosial-sebekelerde-rusvay-edeceyi-ile-hedeledi
Oxunma sayı: 3052

Bakıda rus əsilli şəxsi şantaj edərək ondan külli miqdarda pul alıblar.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Qaradağ rayonu, Sahil qəsəbə sakini, 1983-cü il təvəllüdlü Aleksandr Kalinkin polisə şikayətində bildirib.

O qeyd edib ki, Elşən adlı şəxs 2018-ci ildən onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumat yayacağı ilə hədələyir. Buna görə də indiyə qədər ona 50 min manat pul verib. Qaradağ RPİ-də araşdırma aparılır.

Murad Əhməd