Sosial şəbəkələrdən istifadə edənlərin sayı 3 milyardı ötüb

Sosial şəbəkələrdən istifadə edənlərin sayı 3 milyardı ötüb
Oxunma sayı: 352

The Next Web” nəşrində dərc edilmiş “We Are Social” və “Hootsuite” platformalarının son hesabatına əsasən, sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı 3 milyardı ötüb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, hər gün sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı 1 milyon artır.

Hazırda dünyada ən böyük sosial şəbəkə “Facebook”dur. Bu sosial şəbəkənin auditoriyası 2 milyard aktiv istifadəçidən ibarətdir. Onların 87%-i mobil qurğulardan istifadə edir, 59%-i isə hər gün “Facebook”a daxil olur.

Aktiv istifadəçilərinin sayı 1,5 milyard təşkil edən “YouTube” video platforması bu göstərici üzrə ikinci yerdə qərarlaşıb. Aktiv istifadəçilərinin sayına görə növbəti yerləri “WhatsApp”, “Facebook Messenger” və “WeChat” messencerləri tutublar.

“Telegram” messencerinin auditoriyası 100 milyon aktiv istifadəçidən ibarətdir və bu göstərici üzrə “VKontakte” sosial şəbəkəsini geridə qoyur. Bu yaxınlarda Pavel Durov məlumat verib ki, hər gün sözügedən messencerdə 600 min insan qeydiyyatdan keçir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi