Sosial Sığınacağa neçə nəfər müraciət edib?

sosial-siginacaga-nece-nefer-muraciet-edib
Oxunma sayı: 1510

Bu gün gecədən etibarən 1 nəfər Sosial Sığınacağa yeləşdirilib, müraciət edən 3 nəfər isə gətirilir. Bu barədə “Qafqazinfo”ya məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı verib.

O bildirib ki, bu gecə saat 01:30 radələrində getməyə yeri olmadığı müəyyən edilən şəxs Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına gətirilib.

Üzərində heç bir sənəd olmayan və özünü Rasim Abdullayev kimi təqdim edən şəxs sığınacağa yerləşdirilib. Tibbi müayinə olunub və hazırda sığınacaqda zəruri sosial-məişət xidmətləri ilə təmin edilir.

Xatırladaq ki, ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar Fondun həm 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağı, həm də Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi gücləndirilmiş iş rejimində işləyirlər. Kəskin hava şəraiti ilə əlaqədar sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq həmin müəssisələrdə yerləşdiriləcəklər. 
Sığınacaqlarla əlaqə nömrələri: (050) 669 33 66, (070) 669 33 66

Günel Hacı