Sosial təminat və reallıqlar – Təhlil

sosial-teminat-ve-realliqlar-tehlil
Oxunma sayı: 1273

Müasir dövrdə bunun fəsadları daha aydın görünür. Buna təsir edən başlıca amil də informasiya axının həddindən artıq çox olması, virtual dünyanın inkişafı və reallıqla ayaqlaşmanın çətinləşməsidir. Tutaq ki, ABŞ uzun illər Vyetnam sindromu ilə üz-üzə qaldısa və bu sindromdan qurtulmaq üçün daha radikal addımlar atırdısa, müasir dövrdə bunu etmək sadəcə, mümkünsüzdü. Çünki informasiya zənginliyi, qloballaşma o həddə çatıb ki, bu tipli sindromları həll etmək üçün mütləq halda sistemli proseslər həyata keçirilməlidir. Bu baxımdan Azərbaycandakı durumun da ciddi təhlilinə ehtiyac var. Çünki Azərbaycan Dağlıq Qarabağ kimi bir problem yaşayıb və hazırda da yaşamaqdadır.

Sosial yönlü büdcə

Azərbaycanın dövlət büdcəsinin sosial yönlü büdcə olması barədə müxtəlif rakuslardan yanaşmalar oldu. İstər Heydər Əliyevin başladığı siyasi xətt, istərsə də prezident İlham Əliyevin davam etdirdiyi gedişatlar o səbəbdən sosial yönlü oldu ki, Azərbaycanın qarşısında ciddi sədlər vardı və belə addım atılmaqla, əslində müxtəlif tipli sindromlardan xilas olmaq mümkünləşdi. Bu sindromlar nələr idi?

1. Qərbi Azərbaycandan yüz minlərlə insanın Azərbaycana sığınması
2. Dağlıq Qarabağ savaşında minlərlə insanın şəhid olması və nəticədə minlərlə şəhid ailəsinin yaranması
3. Dağlıq Qarabağdan məcburi köçkünlərin gəlməsi
4. Sosializm rejimindən kapitalist sistemə keçidin fəsadları
5. Dağlıq Qarabağ savaşı nəticəsində minlərlə əlilin, veteranın gündəmə gəlməsi ən başlıca sindiromlar idi. Azərbaycan hakimiyyəti bu ağır yükün aradan qaldırılması üçün mühüm üç məsələyə diqqət ayırdı.
- Sosial yönlü büdcənin formalaşması ilə dövlət dəstəyinin sistemli şəkil almasını təmin etmək
- Lazımi strukturlar formalaşdırmaqla praktik addımların atılmasını təmin etmək
- Cəmiyyəti bu poblemlərə yönəltmək

Nəticə isə göz qabağındadır və gəlin, hazırda hakimiyyətin bu istiqamətdə reallaşdırdığı siyasi xəttə diqqət ayıraq.

Bu gün ölkədə bu problemlərin həllinə istiqamətlənmiş əsas mərkəz Əmək və Əhalinin Soisal Müdafiəsi Nazirliyidir. İlham Əliyevin prezident olaraq görəvə başlamasından sonra ilk növbədə reallaşdırdığı işlərdən biri “Regionların İnkişaf Proqramı”nın icrası oldusa, digəri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin genişləndirilməsi, xidmət formalarının artırılması, şəffaflığın təmini və geniş toplumla işbirliyinin müasir formada qurulması oldu. Nazir Füzuli Ələkbərov açıqlamalarından birində bu məsələyə toxunaraq qeyd etmişdi ki, prezident İlham Əliyevin bu sahədə həyata keçirtdiyi siyasət elə bir ölçüdədir ki, burda atılan hər bir addım insan faktoruna yönəlib və hər an real nəticələr tələb edilir. Amma gəlin, öncəliklə bu nazirliyin xidmət göstərdiyi auditoriyaya baxaq.
Rəsmi statistik göstəriciyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət göstərdiyi auditoriya 1,5 milyonluq Azərbaycan əhalisidir. Bu rəqəmin nə demək olduğunu təsəvvürə gətirmək isə çətin deyil. Bu gün ölkədə bir neçə nazirlik var ki, onların auditoriyası bu həcmdədir və bu auditoriya digər auditoriyalardan bir sıra keyfiyyətlərinə görə fərqlənir. Tək bunu vurğulamaq lazımdır ki, bu auditoriyanın 430 min nəfəri əlildir. Yəqin ki, şərhə ehtiyac yoxdur. Bunu da qeyd edək ki, bu əlillərdən 40 mini Dağlıq Qarabağ savaşında əlil olmuş insanlardır. Gəlin, öncəliklə bu məqamın üzərində dayanaq.
Araşdırmanın başlanığıcında Vyetnam sindromundan danışdıq və bunu bir daha vurğulayaq ki, ABŞ sosialoqları uzun illər bu sindiromu həll etməkdə, sadəcə aciz qaldılar. Çünki yanaşma metodu yanlış idi və bunu sonradan özləri də etiraf etdilər ki, Vyetnam savaşında zədələnmiş bu insanlarla cəmiyyət arasında dərin bir uçurum yaranmışdı. ABŞ-ın müvafiq strukturları, nazirliklər uzun müddət bu uçurumu aradan qaldırmağa çalışsalar da, nəticə əldə edə bilmədilər və demək olar ki, Vyetnam sarsıntısı yaşamış bu təbəqə sona qədər izolə edilmiş halda qaldı. Və ya müasir dövrü götürək. Rusiya çeçen savaşından sonra Çeçenistan sindromuna mübtəla olmuş təbəqəni nəzarətdə saxlaya bilmədi və onların reabilitasiyası mümkünsüzləşdi. Nəticədə Rusiyanın kriminal dünyasında bu izləri addım başı görmək mümkün. və Rusiya analitikləri hesab edir ki, bu insanlar Rusiyada itirilmiş nəsil oldu.
Başqa bir misalı isə Ermənistandan çəkək. Dağlıq Qarabağda terror qruplaşmalarının tərkibində döyüşüb, istər fiziki, istər psixoloji zərbə alan bu təbəqə isə bu günün özündə də bəzən Ermənistan hakimiyyətinin, bəzənsə hansısa siyasi qüvvələrin əlində oyuncağa çevrilib. Bu isə nəinki onların reabilitasiyası deməkdir, hətta bu, onların durumundan yararlanma və iyrənc şəkildə istifadəyə çevrilmədir. Bu şəxslər adətən ya seçkilərdə yada düşür, ya da Daşnaksütun kimi partiyaların hansısa oyunlarını reallaşdırmaq zamanı ortaya atılır. Amma Azərbaycan hakimiyyətinin tutduğu mövqe, bu işlərlə bilavasitə məşğul olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirtdiyi praktik addımlar nəticəsində 40 minlik Qarabağ əlilinin cəmiyyətə reabilitasiyası həyata keçirilməyə başladı. Prezident İlham Əliyevin təlimatları əsasında bu şəxslərin sosial problemlərinin həllindən tutmuş, reabilitasiyalarına qədər bütün işlər kompleks şəkildə həyata keçirilməyə başladı və Azərbaycandakı nəticələr kifayət qədər fərqlidir. Tək bunu demək kifayətdir ki, qısa müddətdə 5 minə yaxın Qarabağ əlili mənzillə, 3 mindən çox Qarabağ əlili isə maşınla təmin olundu. Statistik rəqəmlər bunu da göstərir ki, hazırda ölkədə dövlət qayğısı ilə təmin edilən 11 min şəhid ailəsi də mövcuddur. Bununla yanaşı reabilitasiya sahəsində də ciddi islahatlar həyata keçirilib. Bunu da vurğulayaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi sağlamlığında problemləri olan 61 min uşağın cəmiyyətə adaptasiyasında mühüm rol oynayır.
Apardığımız araşdırmalar nəticəsində başqa maraqlı bir faktlada rastlaşdıq. Bu gün ölkədə 134 minə qədər ailə həm də sosial ünvanlı yardım alır ki, bu işi də məlum nazirlik həyata keçirir.
Ümumiyyətlə bu cür statistik rəqəmləri kifayət qədər sadalamaq olar. Amma burda diqqəti cəlb edən əsas ştrix nədir? Əsas məsələ ilk növbədə budur ki, 1,5 milyonluq bir auditoriyaya xidmət edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müasir standartlara cavab verəcək struktur, fəaliyyət mexanizmi formalaşdırmaq üçün daha vacib islahatlara start verib. Bu isə şəffaflığın təminatını daha yüksək səviyyəyə çatdırmalıdır. Ekspertlər bildirir ki, bu məsələdə ən vacib faktorlardan biri də maarifləndirmə işlərinin həyata keçirilməsidir. Bununla bağlı fəaliyyət proqramının təhlilinə ehtiyac var. Araşdımanın ikinci hissəsində bu məqamla bağlı daha maraqlı və vacib sahələrə aydınlıq gətirmək mümkün olacaq.

“Son” Araşdırma Mərkəzi