Şotland velosipedçi 79 gündə dünyanı dövr etdi - Yeni rekord + Video

sotland-velosipedci-79-gunde-dunyani-dovr-etdi
Oxunma sayı: 1224

Şotland idmançı Mark Beamont velosipedlə dünya turunu 79 gündə tamamlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 29 min km məsafə qət edən 34 yaşlı velosipedçi, 2 iyulda Parisdə başladığı dünya turunu, bu gün həmin şəhərdə başa vurub.

Beamont eyni yolu 2008-ci ildə 194 gündə gedərək rekord qırmışdı. Bu dəfə öz rekordunu daha da yaxşılaşdırıb.

Velosipedçi dünya turunda gün ərzində 16 saata yaxın yol getməli olub.

İdmançı bildirib ki, fransız yazıçı Jül Vernin “80 gün dünya ətrafında” əsərindən təsirlənərək bu rekorda imza atdığını bildirib.