Şou-biznes nümayəndələrindən xeyriyyə tədbiri

sou-biznes-numayendelerinden-xeyriyye-tedbiri
Oxunma sayı: 1292


”Qafqazinfo”nun məlumatına görə, bu haqda  reper “Qurd”un prodüseri Cavid Rəbbani məlumat verib. Prodüser bildirib ki, xeyriyyə tədbiri iyulun 28-də baş tutacaq:

“İlk dəfədir xeyriyyə tədbiri təşkil edirəm. Təbii ki, bu məsuliyyətli işdir. İnşallah bu cür tədbirlərimiz tez-tez olacaq. Köməyə möhtac, kimsəsiz uşaqları sevindirmək hər insanın borcudur. Tədbirdə uşaqların sevdiyi sənətçilər xalq artisti Flora Kərimova, müğənnilər Elton Hüseynəliyev, Manaf Ağayev, “Cahan” qrupu, reper Qurd və başqaları iştirak edəcək. Allah hər birinin köməyi olsun”.