Şou-biznes onun təqdimatına yığışdı - Fotolar

sou-biznes-onun-teqdimatina-yigisdi
Oxunma sayı: 5496

Müğənni Samir Cavadzadə “Sev məni” layihəsinin təqdimatını edib. “Qafqazinfo” xəbər verir ki, o, sözügedən klipində həmkarı Dilarə Kazımova ilə birgə kamera qarşısına keçib. Erkin və Cəlal Qurbanovun müəllifi olduğu mahnını gənc rejissor Eko Ağalarov ekranlaşdırıb. 

“İlk işimdir ki, heç bir əsəb keçirmədim. Dilarə, onu deyə bilərəm ki, mən özüm ekran işinə baxanda sevgili olduğumuza inandım”, - deyə Samir qeyd edib. 


 
Daha sonra söz Dilarə Kazımovaya verilib. O, klipdə təmənnasız rol aldığını açıqlayıb: “Biz Samirlə “Maşın” şoudan əvvəl duet oxumağı fikirləşmişdik. Daha sonra realiti-şouda bir araya gəldik və qəti qərər verdik ki, nəsə edək. Cəlal bu mahnını Samirə təqdim edəndə mən Bakıda yox idim. Mahnı çox xoşuma gəldi və Samirə dedim ki, mənə bu işdə rol almaq xoş olar. Çəkiliş vaxtı hər bir şey ekspront şəklində alındı. Ekran işində təmannasız rol almışam. Pul söhbəti də ola bilməzdi”.

Bu məqamda qeyd edək ki, layihənin premyerasında  – Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Mehriban Zəki, müğənnilər –Günay İbrahimli, Sevda Yahyayeva, Eldar Qasımov, Elçin Cəfərov, Elnur Məmmədov, Elnarə Xəlilova, aparıcılar – Afaq Gəncəli, Nərgiz Cəlilova, Murad Arif və başqaları iştirak edib.

Fotolar: Nuran Məmmədov