Şou-biznes üçün yay bitdimi? - - Sorğu

sou-biznes-ucun-yay-bitdimi-
Oxunma sayı: 1938


Bu məqsədlə “Qafqazinfo” bir neçə müğənni arasında sorğu keçirdi. Bəzi müğənnilərin istirahəti davam etsə də, bəzilərinin isə istirahət etməyə heç vaxtı olmayıb. 

Müğənni Röya Ayxan bu yay istirahətə vaxt tapmayan müğənnilərdəndir:

“Həmişəki kimi Röya iş başındadır. Bu yay istirahət etməyib. İşdən başımız açılmır. Yaradıcılıq işləri bitdikdən sonra istirahət etməyi planlayır”.

Xalq artisti Nazpəri Dostəliyeva xaricə üz tutan müğənnilərdəndir:

“ Xalq artisti Nazpəri Dostəliyeva 10 gün ailəsi ilə birlikdə istirahət edib. Xalq artisti yay tətilini Maldiv adalarında davam etdirib”.

Roza Zərgərli də iş başında olan müğənnilərdəndir:

“Mən tətilimi işləyərək keçirirəm və bundan böyük zövq alıram. Hazırda iki serial, iki klip çəkilişi gedir. Dörd mahnı üzərində işləyirəm”. 

Gənc ifaçı Ramal Rəsul isə işləməyə üslünlük verənlərdəndir:

“Ramal Rəsul istirahət etməyən müğənnilərdəndir. Yay-qış iş başındayam. İş insanın cövhəridir, işləmək lazımdır. Yeni mahnılar üzərində işləyirəm, Konsert verməyə hazırlaşıram”.

 Müğənni Nurlan Əzizbəyli istirahəti ailəsi ilə birgə keçirənlərdəndir:

“Mən bu yay ailəmlə 10 gün Şamaxıda dincəldim. Bu gözəl istirahətə görə dostlarıma minnətdaram”

Xatirə İslamın yay tətili hələ davam edir. Bu haqda müğənninin prodüseri danışdı:

“Xatirə İslam hazırda öz bağında ailəsi ilə dincəlir. Kefi yaxşıdır, ailəsinin əhatəsindədir. Bir müddət öncə isə istirahət üçün Barselonaya yollanmışdı.

Müğənni-bəstəkar Ramal Əsədzadə Azərbaycanda istirahət edən müğənnilərdəndir.: 

“Mən bu yay Naxçıvanda, Şahbuzda dincəldim. Fikirimcə Naxçıvanın səfalı yerləri və təmiz havası heç də Avropanın məşhur kurort bölgələrindən geri qalmır. Daha sonra Novxanı da, Mərdəkanda dincəldim.

Ümumilikdə çox dincələ bilmədim. Çünki bu yaxınlarda klip çəkdirəcəm və klip çəkilişinə hazırlaşıram”.

Gənc müğənni Leyla Ramazanlının istirahəti hələ də davam edir. Müğənni istirahət üçün xarici ölkələrə üz tutub.

Tanınmış reper Elşad Xose sualımızı cavablandırmaq istəmədiyini bildirdi.

Könül