Şou-biznesdə daha bir qalmaqal

sou-biznesde-daha-bir-qalmaqal
Oxunma sayı: 3169

Günel Ələkbərova və Rəhim Rəhimli arasında qalmaqal yaşanıb. “Qafqazinfo” xəbər verir ki, Günel “ATV maqazin onlarla” proqramına müsahibəsində Rəhimin onu aldatdığını bildirib:

“Deyirlər ki, mənim mahnımı kiməsə vermisən. Son vaxtlar qalmaqaldan uzağam, amma mahnımı başqasına vermisən. Ya pulumu ver, ya da mahnımı. Ya da mənə bir hit yaz. Onsuz sən yatıb-durub bir hit yazırsan”.

R. Rəhimli isə “MTV Azərbaycan”a açıqlamasında qarşı tərəfin yalan danışdığını qeyd edib:

“Ona zəng vurub dedim ki, nə mahnı,nə pul? Mənə cavab verdi ki, yadındadır, sənin mahnını oxumuşdum? Mən də radiolardan mahnını götürdüm və hamıya atdım ki, baxın Günel oxuyub. Həmin bəstəni 15 il əvvəl yazmışam, Günel də oxuyub. Zəng vururam özünə, deyir ki, “Sənin yerinə olsam, çıxıb danışardım. Gündəm olaq da... İndi bu dövrdür”. Bundan sonra Günelə nə hit, heç 10 faiz tutacaq bəstəmi də göndərmərəm”.