Şou-biznesdə daha bir qalmaqal

Şou-biznesdə daha bir qalmaqal
Oxunma sayı: 3234

Müğənni Günay İbrahimli ilə aparıcı Azər Zahid arasında gərginlik yaranıb.  “Qafqazinfo” xəbər verir ki, qalmaqala səbəb aparıcının instaqram səhifəsində müğənni ilə bağlı paylaşımı olub. 

Azər illər əvvəl Günayla şəklini yayaraq “Günay və səmimiyyət! İndi bu məşhurlar o qədər uzaq olublar ki, nə deyim... Şou-biznesimiz inkişaf edir” şərhini yazıb. 

G. İbrahimlidən aparıcıya cavab gecikməyib. O, Azərə instaqramda sual ünvanlayaraq yazdığı statusa aydınlıq gətirməsini istəyib:

“Ay Azər, nə məsələdir? Mənim nəinki səninlə səmimi dostluq münasibətim, heç üz-üzə gəlməyimiz belə olmayıb. Bu foto da sənin bir verilişində çəkilib. Statusun ikibaşlıdır. Yaxşı mənada yazmısansa, aydınlıq gətir. Pis mənada paylaşmısansa, səbəbini de, biz də bilək, şou-biznesimizi inkişaf etdirək”. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi