Şou-biznesdə onlar da barışdı

sou-biznesde-onlar-da-barisdi
Oxunma sayı: 2030

Əməkdar artist Röya Ayxanla “Bozbash Pictures”in Fəlakəti Elşən Orucov barışıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə aktyorun özü məlumat yayıb. 

O, instaqram səhifəsində müğənni ilə şəklini paylaşaraq küsülülüyə son qoyduqlarını elan edib.  Elşən Orucov paylaşıma “Röya, başqa nə var, nə yox?” şərhini yazıb. 

Qeyd edək ki, cütlük arasında soyuqluq bir il əvvəl baş verib. Hətta Röya Elşənin toyunda belə iştirak etməyib. Hər iki tərəf küsmə səbəblərini mətbuata açıqlamayıb.