Şou-biznesdəki dəlixana - + 18 Videolar

sou-biznesdeki-delixana-
Oxunma sayı: 7491


Azərbaycanın şou-biznesində hər tip adama rast gəlmək mümkündür. Yazılı mətbuat əksər hallarda onların efiblərini ört-bastır edir, onların hansı ağıl və dünyagörüşündə olduğu oxuculara tam aydın olmur. Amma onların bəzilərinin efirlərdə danışıqlarına dinləyəsiniz… Çox dahi görünüşlərinə baxıb, kəlamlarına qulaq asasınız. “Qafqazinfo” bu yazıda şou-biznesin yumşaq desək qeyri-standart, orta desək dəlisov nümayəndələri haqda danışıb, onları analiz edəcəyik. Elə isə başlayaq…

Cəmiyyətdən “ən çox kimlərə dəlisov deyirlər” soruşsaq düşnürük ki, birinci növbədə ağıla əməkdar artist Elza Seiydcahan gələcək. Bu xanım hər zaman fərqli danışıqları, geyimləri və hərəkətləri ilə insanlar tərəfindən normal qarşılanmayıb. Xanım Seiydacahanın  dediklərini -  məsələn “oturacaqlara konsert verəcəm,  Allaha məktub yazıram” kimi sözlərini eşidəndə, həqiqətən də onu normal qarşılamaq mümkün deyil. 

Digər bir dəlisov ifaçı kimi Rəqsanə İsmayılovanı deyə bilərik. Allah Rəqsanənin başına gəlnləri heç kimə qismət eləməsin… Xanım İsmayılova da hər zaman qeyri-adi, maraqlı açıqlamaları, uşaq hərəkətləri və başına gələn hadisələr ilə şou aləminin “dəli” qızlarından biridir. 

Bu vieodakı "möhtəşəm" kadrlara baxın:
Digər dəlisov  ifaçımız da elə əməkdar artistdir.  Aygün Bəylərin bu yaxınlarda mətbutda verdiyi açıqlamalar və media nümayəndələrinin üstünə bağırmağı ilə hərdən özünə nəzarət edə bilmədiyi ortaya çıxıb.

Bu ardıcılığı da model Günay Musayevanı da dəlisov adlandırmaq olar. O da özündən tez-tez çıxan hərəkətləri ilə bu siyahıda “layiqli” yerlərdən birini tutduğunu sübut edir.

Son zamanlar verdikləri açıqlamalar və gərəksiz söz-söhbətləri ilə iki xalaq artisti Nazpəri Dostəliyeva və İlhamə Quliyevannın hərəkələrinə hələ ki ad tapa bilmirik. Onlara ad tapana kimi hər iki xalq artistinin adını da bu siyahıya yazırıq. 

Röya və Aygün Kazımova... Bunlar ölkənin dəlisov müğənnilərinin kraliçalarıdır. Çünki bu xanımlar elə şıltaq hərəkətlər edirlər ki, mat-məətəl qalırsan. Hər ikisi ölkəmizin bir nömrəli tanınan ifaçılarındandırlar. Hələ onların yarıçılpaq fotoları ilə qürur duymaları ayrı bir mövzunun söhbətidir.

Qeyri-adi hərəkətləri ilə şou-biznesdə Rüfət Axundovu da dəisov kişi müğənnisi adlandırmaq yerinə düşər. 

Hər zaman aqressiv açıqlamaları ilə gündəmə gələn Əli Mirəliyevin siyahıda uzun müddət qalacağı şübhəsizdir. 

Bu ardıcıllıqla getsək, şou-biznesimizdə dəlisovların siyahısı çox uzanacaq. Hələlik burada stop...

“Qafqazinfo”

Hələ bu videonu da izləyin...

+18 Video Diqqət: Nadir Qafarzadə söyür...