Şou-biznesdəki ibadət - Günahları yumaq vaxtıdır

sou-biznesdeki-ibadet-gunahlari-yumaq-vaxtidir
Oxunma sayı: 1311

Şou-biznes dedikdə hamının ağlına əyləncə gəlir. Hər şeydən bir şou düzəldən şou əhli arasında dindar olan hacı xanımlar da var.

“Qafqazinfo” şou-biznesin dindar xanımlarının siyahısını tərtib edib.

Şou-biznesin ilk namaz qılan xanımı xalq artisti Nisə xanım Qasımovadır. O, uzun illərdir namaz qılır, dinlə məşğul olur. Nisə xanım hətta, dindarlığına görə bir çox şou əhlinə örnək olub.

Biznes ledi Ruhi də dindarlar sırasındadır. Kəbəni ziyarət edən Ruhi həm də hacı xanım kimi tanınır.

Şou aləmində bu xanımları görüb həvəslənənlər də olub. Belə ki, əməkdar artist Mehriban Xanlarova da həvəslənərək bir müddət dinlə məşğul olduğunu bəyan etmişdi, hətta hicab belə bağlamışdı. Amma onun dinə marağı qısa müddət davam edib.

İfaçı Xuraman Şuşalı da bu yaxınlarda şou-biznesdə adını dindarlar siyahısına yazdırıb. O, bu aralar başını bağlaması ilə diqqətləri üzərinə çəkib. Hazırda Xuraman hicab bağlayır və namaz qılır.

Səhnəyə ilk gəlişində başı bağlı olan, daha sonra baş örtüyünü açan və başını dinə görə yox, imic kimi bağladığını deyən əməkdar artist Tünzalə Ağayeva namaz qılan xanım müğənnilərimizdəndir.

Hər zaman bağlı geyimləri ilə seçilən müğənni Samira da şou-biznesin dindar xanımları sırasında ən çox adı hallananlardandır.

P. S. Dəyərli oxucular, sizin də şou-biznesdə tanıdığınız hacı xanımlar varsa, bu haqda məlumat verə bilərsiniz.

Aynur B.