Şou-biznesin ən mehriban üçlüyü dalaşdı- - Video

sou-biznesin-en-mehriban-ucluyu-dalasdi-
Oxunma sayı: 3591


“Natavanın konserti nə vaxt idi? 24-ü o saatda çox vacib, çox mötəbər tədbirim var idi. O tədbirə yox deyib gələ bilməzdim.  Yox demək ehtimalım sıfır idi. Onlara deyə bilməzdim Natavanın konsertinə getməliyəm.  Natavan məni dəvət etməyib. Dəvətnamə onun prodüseri tərəfindən mənim prodüserimə verilib. Mən də prodüserimi böyük gül dəstəsi ilə konsertdə göndərdim və dedim ki, ayıbdır axı prodüseri prodüserimi dəvət edib. O klub janrında oxuyur. Heydər Əliyev sarayında veriləcək konsert deyildi”.

Müğənni Natavan isə eks “W-trio” qrupunun üzvləri Röya ilə Elnarəni konsertdə xüsusi olaraq dəvət etmədiyini qeyd edib:

“Elnarənin konsertə gəlib-gəlməməsindən xəbərim yoxdur. İndi mənə bunlar vacib deyil. Bunlar cılız söhbətdir ki, Natavan özü dəvət etməyim. Mənim uğuruma sevinənlər konsertdə idi. Röyaya bir gün əvvəl mesaj yazdım ki, Bakıdasan? Yazdı ki, qurban olum yox, 24-ü gecə gələcəm. Mesajlar məndə qalıb.Mən heç kimi dəvət etməmişəm, ki qurban olub gəlin. Mənim hamını bir-bir dəvət etməyə vaxtım yox idi. Onlarında vacib tədbirlərində də mən də iştirak etməyəcəm. Allah hamının ürəyinə görə versin. Həyat uzundur”. 

Qeyd edək ki, Həbibi küsülü olduğu xalq artisti İlhamə Quliyeva ilə üz-üzə gəlsə də, ona salam verməyib və xalq artistinin verdiyi “princessa” titulundan imtina etdiyini vurğulayıb.