“Şouda “mama” sözü ilə “papa”sını vuranlar qaldı”

souda-mama-sozu-ile-papasini-vuranlar-qaldi
Oxunma sayı: 3837

Ötən gün ATV kanalında yayımlanan “Maşın” realiti şousundan çıxan aktrisa Pərvin Abıyeva və Aytən Səfərova açıqlama veriblər. 

“Qafqazinfo” xəbər verir ki, onlar “Maşın”ın instaqram səhifəsinin canlı yayımında finalçılar barədə danışıblar.

Pərvin Abıyeva deyib ki, keçən şoudan fərqli olaraq bu dəfə özünü insanlara tanıda bilib:

“Məni bu şouda gördüz, tanıdız! Keçən şouda ağlaya-ağlaya sınıq şəkildə çıxmışdım. Bu dəfə isə qürurlu və başıdik şəkildə gedirəm”. 

Aytən Səfərova isə finalçılar – Uran, Roza Zərgərli və Hüseyn Əzizoğlu barədə ağır sözlər deyib:

“Rozanın oyununa görə Əli Mirəliyev, Azər Axşam getdi. Doğrudan da Abbas namərdcəsinə vuruldu, özüm şokda idim. Bunu üz cizgilərimdən başa düşə bilərdiz. Burada zəif iştirakçı yoxdur. Şouda gədə-güdələr, namərd, nadürüst, çaqqallar, arvad sözü ilə hərəkət edən kişilər, “mama” sözü ilə “papa”sını vuranlar qaldı”.