“Sovetski”də söküntü vaxtı qaz xətti zədələndi

sovetskide-sokuntu-vaxti-qaz-xetti-zedelendi
Oxunma sayı: 1224

Yasamal rayonunda “Sovetski” kimi tanıdığımız ərazidə, S.Tağızadə küçəsində təmir işləri aparan təşkilatlardan biri yerüstü aşağı təzyiqli qaz xətlərini yararsız hala salıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, “Azəriqaz” İB yaranmış vəziyyətdən əziyyət çəkən 40 abonentin qaz təchizatını bu gün saat 13.40-da bərpa etməyə nail olub. Bütün qurumlardan təmir-tikinti işləri apararkən həmin ərazilərdəki qaz xətlərini nəzərə almaları xahiş olunur.