“Sovetski”dəki yenidənqurma işlərinə görə bu yol bağlanır

sovetskideki-yenidenqurma-islerine-gore-bu-yol-baglanir
Oxunma sayı: 1603

“Sovetski”də aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq sabahdan Abdulla Şaiq küçəsinin Mirzə Fətəli Axundzadə küçəsi ilə kəsişməsi bağlanacaq.

“Qafqazinfo” Bakı Nəqliyyat Agentliyinin saytına istinadən xəbər verir ki, bundan başqa, aprel ayının 22-dən Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yeri axşam saat 23:00-dan səhər saat 06:00-a kimi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.

Sürücülərdən bu müddət ərzində Abdulla Şaiq küçəsinə alternativ olaraq Qurban Xəlilov küçəsi və İnşaatçılar prospektindən, Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yerinə alternativ olaraq isə Nəriman Nərimanov prospektindən istifadə etmələri tövsiyə olunur.