Soyğunçularla polis arasında atışma - 12 nəfər öldü

soyguncularla-polis-arasinda-atisma
Oxunma sayı: 1344

Braziliyada bank soyğunçuları ilə polis arasında atışma olub.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, nəticədə 12 nəfər ölüb. Ölənlərdən 6-sı polis, 5-i eyni ailənin üzvü olan girov götürülənlərdir.

Onlardan 2-si uşaqdır. 2 nəfər şübhəli həbs edilib. Digər soyğunçular isə qaçmağa nail olublar.

Bir nəfər soğunçunun isə tərk edilmiş avtomobildə cəsədi tapılıb.