“Soyqırımları törədənlər ədalət qarşısında cavab verməlidir”

soyqirimlari-toredenler-edalet-qarsisinda-cavab-vermelidir
Oxunma sayı: 949


“Qafqazinfo” xəbər verir ki, tədbiri açan  AMM-nin rəhbəri Fazil Həsənov “Xocalıya Ədalət!” kampaniyasına həsr olunan tədbirdə hər il millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qənirə Pşayevanın rəhbərliyi ilə nümayəndə heyətin iştirak etdiyini və tədbirdə xüsusən ali təhsil ocaqlarında  təhsil alan gənclərin çoxluq təşkil etdiyini bildirib. F. Həsənov bildirib ki, hər il fevral ayında dünyanın hər yerində yaşayan soydaşlarımız Azərbaycan xalqının başına gətirilən faciələri anır, bu qətliamlar haqqında geniş tədbirlər keçirilir.

Sonra Azərbaycan MM-in üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayeva çıxış edərək Qaradağlı və Xocalı soyqırımı faciələrində şəhid olan bütün şəhidlərin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükut elan edib. Q. Paşayeva bildirib ki, Xocalı, Qaradağlı faciələri Gürcüstan ictimaiyyətinə və cəmiyyətinə daha çox  çatdırılmalı, istər gürcü gənclərinə, istərsə də xaricdə təhsil alan azərbaycanlı gənclərə bu faciə haqqında ətraflı məlumat verilməlidir. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Ermənistanın Qaradağlıda, Xocalıda törətdiyi soyqırıma beynəlxalq ictimaiyyət susmalıdır və bu soyqırımları törədənlər ədalət qarşısında cavab verməlidir deyib.

Tədbirdə Xocavənd rayon İcra Hakimiyyətinin hazırladığı “Qaradağlı soyqırımı” filmi nümayiş etdirilib. Eyni zamanda millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu "Qaradağlı Soyqırımı şahidlərin dili ilə" kitabı tədbir iştirakçılarına təqdim olunub.