Söyün Sadıqovdan hakimiyyət çevrilişi ilə bağlı iddialara - Cavab

soyun-sadiqovdan-hakimiyyet-cevrilisi-ile-bagli-iddialara-cavab
Oxunma sayı: 662

Gürcüstan prezideni Mixail Saakaşvilinin Söyün Sadıqov, Vahid Ələkbərov və digərlərinin Azərbaycanda çevriliş hazırlamaq istəyi və Gürcüstanda separatizmi dəstəkləməsi ilə bağlı açıqlamasına Sadıqovun cavabı gecikməyib. “Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) sabiq prezidenti bildirib ki, o, həqiqətən də Qardabani rayonundandır, lakin heç vaxt bu regionda separatizmi dəstəkləməyib: “Provakasiyaya getməyin...

Saakaşvili hakimiyyəti itirir və bilmir ki, nüfuzunu necə saxlasın. Əgər onun ağlı olsaydı Rusiya ilə ortaq dil tapa bilərdi. Rusiya olmasa idi, Gürcüstan bir dövlət kimi mövcud olmazdı və bunu unutmaq lazım deyil! Gürcüstanlılar burada, Rusiyada çalışırlar, həmin pullar isə gürcü iqtisadiyyatının inkişafına xidmət edir. Başa düşürəm, Əliyev onu yaxşı qonaq edib və Saakaşvili indi onun havasını çalır, lakin əgər sən prezidentsənsə və Gürcüstan vətəndaşları sənə belə bir məsuliyyəti həvalə ediblərsə onların təsiri altında olmaq lazım deyil. Saakaşvilinin bəyanatı separatizmə, ekstremizm və qan tökməyə çağırışdır”.