Şöyüş söyəni bıçaqladı, şərti cəza aldı

soyus-soyeni-bicaqladi-serti-ceza-aldi
Oxunma sayı: 688

Bakı Ağır Cinayətlər Məhkəməsində evinin qarşısında söyüş şöyən şəxsi bıçaqlamaqda təqsirləndirilən yeniyetmə Nurəhməd Nurəhmədova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə N.Nurəhmədova şərti cəz verilib və o, istintaq zamanı da həbs edilmədiyi üçün sərbəst qalıb.

Hadisə Bakının Binəqədi rayonunda baş verib. Zərərçəkmiş Xəqani Tağıyev N.Nurəhmədovun evinin qarşısından keçərkən söyüş söyüb, buna görə onlar arasında başlanan  mübahisə qanlı cinayətlə yekunlaşıb. N.Nurəhmədov X.Tağıyevi bıçaqlayıb.

Murad Əhməd