Söyüş üstündə qan töküldü - Video

soyus-ustunde-qan-tokuldu-video
Oxunma sayı: 767

Hadisə bir neçə gün bundan əvvəl Binəqədi rayonunda, 9-cu mikrorayon ərazisində qeydə alınıb. Çay evlərinin birində yaranan mübahisə zamanı 33 yaşlı Elşən Həsənov zərərçəkən Asif Musayevə 2 bıçaq zərbəsi vurub.

Dostunu bıçaqladıqdan sonra bir müddət istintaqdan yayınan Elşəni sonda yaxalamaq mümkün olub. Faktla bağlı Elşən Həsənov barəsində Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1 – “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir.