Söyüşə görə bıçaqlandı

Söyüşə görə bıçaqlandı
Oxunma sayı: 80

Gəncədə bıçaqlanma olub. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Əkbərov Elvin Etibar oğlu döş və sol sarğı nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. O əməliyyat olunub. Vəziyyətinin normal olduğu bildirilir. E. Əkbərovun deməsinə görə işdən evə gedən zaman yolda bir nəfərin söydüyünə görə onunla dalaşıb və tanımadığı şəxs ona bıçaq xəsarətləri yetirib.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi