Söz Azadlığı Şəbəkəsinə Məclis öncəsi tanınmış şəxslər qoşuldu

soz-azadligi-sebekesine-meclis-oncesi-taninmis-sexsler-qosuldu-
Oxunma sayı: 645

“Qqafqazinfo” xəbər verir ki, toplantıda yalnız quruma yeni üzvlərin qəbulu məsələsinə baxılıb. İH üzvlərinin yekdil qərarıyla ərizəsi daxil olmuş aşağıdakı şəxslər CASCFEN üzvlüyünə qəbul edilib (əlifba sırasıyla):

1. Dr. Faiq Qəzənfəroğlu – Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi
2. Elbrus Ərud – Qafqazinfo.az İnternet qəzetinin baş direktoru
3. Firuzə Bəyməmmədqızı – Jurnalistlər Extremal Şəraitdə İctimai Birliyinin sədri
4. Həcər Yusifqızı – müstəqil jurnalist
5. İlqar Şahmaroğlu – nəşriyyat və kitab ticarəti üzrə fərdi sahibkar
6. Nigar Nizamiqızı – ‘’Palitra” qəzetinin müxbiri
7. Nurlan Qələndərli – “Yeni Azərbaycan” qəzetinin müxbiri
8. Rizvan Qənbərli – “My Media” reklam agentliyinin direktoru
9. Şirinxanım Kərimbəyli Şadiman – şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü
10. Tahir Aydınoğlu – “Xalq qəzeti” redaksiya heyətinin üzvü
11. Vəli Vəliyev – “Səs” İnformasiya Agentliyinin icraçı direktoru
12. Vüqar Tofiqli – Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
13. Zahid Cəfərov – “Yeni Azərbaycan” qəzetinin texniki redaktoru

Xatırladaq ki, CASCFEN-in Məclisi 23 dekabr 2012-ci il tarixində Park Inn hotelində keçiriləcək. Toplantı bütün CASCFEN üzvləri üçün açıqdır. Burada həm Məclisin, həm də CASCFEN Nəzarət-Təftiş Komissiyasının tərkibi formalaşdırılacaq, qurumun 2013-cü il üçün proqramı qəbul ediləcək.