“Söz” layihəsinin növbəti tədbiri - Fotolar

“Söz” layihəsinin növbəti tədbiri
Oxunma sayı: 444

Ötən gün Nizami Kino Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində növbəti tədbiri keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan layihənin budəfəki tədbirində rus dilində yazan gənc şairlərə həsr olunub.

Layihənin rəhbəri Nigar Həsənzadə çıxış edərək layihənin ölkəmizin mədəniyyətinin təbliğinə, klassik və müasir ədəbiyyatımızın dünyada tanıdılmasına və yeni istedadlı yazarların üzə çıxarılmasına xidmət etdiyini vurğulayıb.

Qeyd edib ki, layihə Azərbaycanın yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın artırılması, yeni istedadlı yazarların yaradıcılığının təşviq olunması məqsədi ilə keçirilir.

Daha sonra söz tədbirdə iştirak edən istedadlı gənc şairlərə verilib.

Poeziya gecəsində gənc şairlər Cavid İmamverdiyev, Seyid Sufi, Solmaz Süleymanlı tamaşaçıların görüşünə gəlib. 

 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi