"Sözünü ciddi qəbul etmədim" - Alişanın nişanlısı

sozunu-ciddi-qebul-etmedim
Oxunma sayı: 649

Müğənni Alişan Beyaz TV-də qonaq olub.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, canlı yayımda nişanlısı Eda Erolun sənətçiyə zəng vurması onu çox təəccübləndirib.

Alişan Edadan “İndi haradasan?” soruşanda, nişanlısı “anamla Bodrumda tətildəyik” deyib.

Aparıcı Eroldan Alişanın "xanımım tərliklərimi ayağıma gətirəcək” fikrinə münasibətini də soruşub. O isə cavabında bildirib:

“Alişan əslində çox kübar biridir. O sözünü heç ciddi qəbul etmədim”.