Space-in efirində qalmaqal - - Video

space-in-efirinde-qalmaqal-
Oxunma sayı: 7500


Verilişdə R.Axundovun gecə klubunda naməlum xanımla çəkilmiş videosunun bir hissəsi yayımlanıb. “Qafqazinfo” axsam.az-a istinadən xəbər verir ki, buna əsəbiləşən Rüfət "Sizin şirkətə hörmətim var, dəvət etdiniz, gəldim. Bu günə kimi qonaqlarınızı görmüşəm. Indi başa düşürəm ki, efiri niyə tərk edirdilər. Tamaşaçılara demək istəyirəm ki, kimsə burdan acıq edib gedəndə onu qınamasınlar. Xeyir ola? Sən niyə mənim ailə işlərimə qarışırsan? Məqsədin nədir? Düşmən istəyirsən? O görüntüləri yayımlamaq istəyirsənsə ver, mən heç kimdən qorxmuram” deyərək efiri tərk edib.

Aparıcı Tural Ozan isə "Rüfəti bu məsələyə aydınlıq gətirmək üçün çağırmışdıq. O, açıqlama vermək istəmədi. Efir etikasına uyğun olaraq, həmin görüntüləri yayımlamırıq” deyib.