“Space X”in Aya gedəcək ilk turistinin adı açıqlandı - Video

space-xin-aya-gedecek-ilk-turistinin-adi-aciqlandi
Oxunma sayı: 2404

“Space X” şirkətinin BFR sisteminin köməyi ilə Aya göndərəcəyi ilk turistin adı açıqlanıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu, yapon milyarder Yosaku Maesavadır. Maesava “Zozotown” mağazalara şəbəkəsinin sahibi və kolleksiyaçıdır. 2017-ci ildə o, Jan-Mişel Baskın rəsm əsərini 110,5 milyon dollara satın alıb. 

Yosakunun Aya gediş-qayıdışı 4-5 gün çəkəcək. Uçuş 2023-cü ildə geçəkləşəcək.