“Space”in cəriməsi bilindi

spacein-cerimesi-bilindi
Oxunma sayı: 3353

Yasamal rayon məhkəməsində “Hər səhər” verilişində canlı yayımda əməkdar artist Rəşad İlyasovla müğənni Rüfət Axundovun söyüşlü mahnı oxumasına görə “Space” televiziyası cərimələnməsi haqda qərar çıxarılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Günel Əkbərli Milli Televiziya və Radio Şurasının protokolunu təsdiqləyərək televiziyanı 6 min manat cərimə edib.

Qeyd edək ki, eyni hadisəyə görə R.İlyasovla R.Axundov da təhqir etməyə görə məhkəməyə verilib. Bu iş də hakim Günel Əkbərlinin icraatındadır.