Spayserin köməkçisi də istefa verdi

spayserin-komekcisi-de-istefa-verdi
Oxunma sayı: 644

Ağ Evin mətbuat katibi Şon Spayserin köməkçisi Maykl Şort istefa verib.

“Qafqazinfo”nun “The Hill”ə istinadən verdiyi məlumata görə, Maykl Şort istefa ərizəsində ABŞ prezidentinə xidmət etdiyinə görə şərəf duyduğunu bildirib. 

Nəşrin məlumatına görə, Şortun müvafiq addımı atmağına səbəb onun yaxın zamanlarda işdən çıxarılacağı ilə bağlı yayılan xəbərlər olub.

Qeyd edək ki, Ş. Spayser də bu il avqustun sonunda vəzifədən gedəcəyini açıqlayıb.