Spiker Gəncəyə getdi

spiker-genceye-getdi
Oxunma sayı: 644

Bunu Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri deyib. İsgəndərinin sözlərinə görə, Laricani Gəncədə şəhərin icra başçısı ilə görüşəcək, Şah Abbas məscidini və Nizami Gəncəvinin məqbərəsini ziayrət edəcək.
Laricaninin Azərbaycana səfəri cümə günü başlayıb.

Səfər İran-Azərbaycan parlamentlərarası əməkdaşlığının genişləndirilməsi məqsədilə həyata keçirilir. Laricani Azərbaycana Milli Məclisin spikeri Oqtay Əsədovun dəvəti ilə gəlib.

İran parlamenti sədrinin Bakıda Oqtay Əsədov, Baş nazir Artur Rasizadə və ölkənin digər rəsmi şəxsləri ilə görüşlər keçirib. Bundan əvvəl İran parlamenti rəhbərinin Azərbaycana səfəri fevrala planlaşdırılsa da, spikerin iş qrafikinin sıxlığı ilə əlaqədar səfər təxirə salınmışdı.

Laricanin Azərbaycana səfəri bu gün axşam başa çatacaq.